Almaniyanın Drezden şəhərinin nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilir - VİDEO

Almaniyanın Drezden şəhərinin nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilir - <span style="color: red;">VİDEO
# 26 fevral 2015 13:13 (UTC +04:00)

Bakı – APA. Almaniyada yaşayan azərbaycanlılar bu ölkənin ictimaiyyətini 23 il əvvəl Ermənistan Silahlı Qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirir. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Almaniyanın Saksoniya federal torpağının inzibati mərkəzi olan Drezden şəhərindəki şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişi təşkil olunub. Aksiya Drezdendə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən keçirilir.

Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda 24 saat ərzində hər beş dəqiqədən bir Xocalı videoçarxı nümayiş etdirilir. 20 saniyəlik videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı soyqırımının törədildiyi tarix - 26.02.1992 yazılır. Daha sonra “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş Xocalı soyqırımı qurbanlarını anır“, “Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8“, “Azərbaycana qarşı insanlıq faciəsi“ yazıları bir-birini əvəz edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR