Qaxda 6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Qaxda 6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
# 10 noyabr 2015 20:40 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda 6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Tasmalı kənd sakini, 2009-cu il təvəllüdlü Onur Sahil oğlu Məmmədli koma vəziyyətdə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 6 yaşlı Onur Məmmədli yaşadığı evin pilləkənindən yıxılaraq ağır kəllə-beyin travması alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Onur Məmmədliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR