İstanbulda “Türkiyə - Azərbaycan: regionda açıq cəmiyyətlərin möhkəmləndirilməsi” mövzusunda konfrans keçiriləcək

İstanbulda “Türkiyə - Azərbaycan: regionda açıq cəmiyyətlərin möhkəmləndirilməsi” mövzusunda konfrans keçiriləcək
# 10 dekabr 2012 10:43 (UTC +04:00)

Bakı-APA. Dekabrın 13-də İstanbulda Azərbaycan Milli İstiqlal Partiyası, İsveçin Jarl Hjalmarson Fondu və Liberal Düşüncə Topluluğu təşkilatlarının birgə təşkilatçılığı ilə “Türkiyə - Azərbaycan: regionda açıq cəmiyyətlərin möhkəmləndirilməsi” mövzusunda konfrans keçiriləcək. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda AKP rəhbərliyi, millət vəkilləri, siyasət və elm adamları, Türkiyənin aparıcı media qurumlarının nümayəndələri, həmçinin Hjalmarson Fondunun sədri Qoran Lenmarker, İşveç xarici işlər nazirinin müşaviri, səfir Olof Ehrenkrona və başqa bir sıra Avropa siyasətçiləri iştirak edəcəklər.


AMİP konfransda təşkilatçılardan biri kimi partiya rəhbərliyi səviyyəsində böyük nümayəndə heyəti ilə iştirak edəcək. Konfransda “Avtoritarizmlə necə mübarizə aparmalı və açıq cəmiyyətin inkişaf etdirməli”, “Konstitusiya məsələləri və keçid cəmiyyətləri”, “Tarixlə nə etməli: bütün aspektlərdə millətçilik” mövzusunda məruzələr və diskussiyalar olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR