Bakıda Xocalı soyqırımına həsr olunmuş “Sözün bitdiyi yer” adlı tədbir-sərgi keçirilib

Bakıda Xocalı soyqırımına həsr olunmuş “Sözün bitdiyi yer” adlı tədbir-sərgi keçirilib
# 24 fevral 2015 10:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı soyqırımına həsr olunmuş “Sözün bitdiyi yer” adlı tədbir-sərgi keçirilib.

APA-nın məlumatına görə, sərgidə ilk dəfə mərhum gənc rəssam Cavid Bayramlının Xocalı faciəsini əks etdirən əsərləri, muzeyin fondunda saxlanılan sənədlər nümayiş olunub.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Xocalı faciəsinin canlı şahidi, Qarabağ əlili, müharibə veteranı Surxay Quliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ və tətbiqi sənət kafedrasının dekanı İmran Kərimov və digər qonaqlar çıxış ediblər.

Mərasimdə həmçinin Respublika Yaradıcılıq Evinin Xocalı faciəsinə həsr olunmuş kompozisiya ilə Mədəniyyət və Turizm Nazirliyi “Salnamə” sənədli filmlər studiyasının istehsalı olan “Dua” filmi nümayiş olunub.

Mərasimdə həmçinin Xocalı faciəsinin şahidləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Turizm İnstitutunun müəllim və tələbə heyəti, Milli Qvardiyanın, Daxili Qoşunlarının əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR