Vyetnam nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Vyetnam nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
# 15 oktyabr 2014 13:18 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsi Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Quba rayonunda olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qonaqlara Quba rayonu, Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi haqqında məlumat verilib.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında geniş məlumat verilib.
Nümayəndə heyətinin üzvləri Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

Qonaqlar həmçinin şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində və dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbədə olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR