Argentinada təbii fəlakət qurbanlarının sayı 46 nəfərə çatıb

Argentinada təbii fəlakət qurbanlarının sayı 46 nəfərə çatıb
# 04 aprel 2013 02:35 (UTC +04:00)

Bakı-APA. Argentinanın La-Plata şəhərində daşqın qurbanlarının sayı 46 nəfərə çatıb. Bu barədə Buenos-Ayres əyalətinin qubernatoru Daniel Ssioli məlumat verib.

Onun sözlərinə görə, həlak olanların çoxu Tolosa rayonundandır. Bundan əlavə Berisso, Ensenada, Vilya-Elvira rayonları və La-Platanın mərkəzi ciddi xəsarət alıblar.

Argentina prezidenti Kristina Kirşner faciəylə bağlı ölkədə üçgünlük matəm elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR