AİB prezidenti: “Azərbaycanda makroiqtisadi siyasət düzgün aparılır”

AİB prezidenti: “Azərbaycanda makroiqtisadi siyasət düzgün aparılır”
# 02 may 2015 07:33 (UTC +04:00)

APA-Economics”in verdiyi xəbərə görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “Azərbaycan 2020-ci il: “Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru” konfransda AİB-nın prezidenti Takehiko Nakao deyib.

Onun sözlərinə görə, bu müddətdə Azərbaycan da inflyasiya dərəcəsi aşağı salınıb: “Düzgün iqtisadi siyasət nəticəsində Dövlət Neft Fondunda izafi vəsaitlər yaranıb. Biz istərdik ki, Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil olsun. Azərbaycanda savadlılıq göstəricisi yüksəkdir. Ölkənizdə ana və uşaq ölümü göstəricisi aşağı salınır. Lakin bu göstərici Avropa İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin göstəricisindən yüksəkdir”.

T. Nakao bildirib ki, Azərbaycanda kənd təsərrüfatı, sənaye və turizm sahəsinin inkişafı üçün geniş potensial var: “Azərbaycanda iqtisadi fürsətlərdən biri kənd təsərrüfatı ilə bağlıdır. Azərbaycanda kənd təsərrüfatı istehsalı ÜDM-in 5%-nə çatıb. Kənd təsərrüfatında məşğulluq səviyyəsi 40%, sənayedə 10% təşkil edir. Maliyyə Naziri Samir Şərifov deyib ki, ölkədə kənd təsərrüfatı istehsalçılarının bazara çıxışını yaxşılaşdırmışıq. Torpaqlar istifadə vəziyyəti yaxşılaşdırılıb, kənd təsərrüfatı məhsullarının emalına nail olunub. Kənd təsərrüfatı sahəsinin inkişafı üçün maliyyələşdirilmə gücləndirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR