Bank Of Baku

Samed Ağırbaş: COP31 komandası olaraq Azərbaycanın COP29 sədrliyindən çox şey öyrənmişik

COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu, “Zero Waste Foundation”ın sədri Samed Ağırbaş

© APA | COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu, “Zero Waste Foundation”ın sədri Samed Ağırbaş

# 07 sentyabr 2026 10:47 (UTC +04:00)

"Bakıda keçirilən bu tədbirə Türkiyə 30-dan çox nümayəndə ilə qatılır”.

APA xəbər verir ki, bunu COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu, “Zero Waste Foundation”ın sədri Samed Ağırbaş Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.

O bildirib ki, COP31-ə gedən yol, Bakıdan - COP29-dan keçib: “COP31 komandası olaraq Azərbaycanın COP29 sədrliyindən çox şey öyrənmişik. COP31 iqlim ambisiyasını real iqtisadiyyata daha da yaxınlaşdırmalıdır. İqlim öhdəliklərini investisiya qoyula və maliyyələşdirilə bilən layihələrə, genişmiqyasda tətbiq oluna bilən həllərə çevirməliyik. İqlim maliyyəsi bu səylər üçün mühüm əhəmiyyət daşıyacaq. Xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlar, ən az inkişaf etmiş ölkələr və xüsusən də təhdid altında olan kiçik ada dövlətləri üçün bu, böyük əhəmiyyət kəsb edir. Bu, enerji keçidinə sadiq qalmaq, iqlim maliyyəsini səfərbər etmək və hökumətləri, biznesi, investorları, şəhərləri və vətəndaş cəmiyyətini praktiki həllər ətrafında bir araya gətirmək deməkdir.
Bakıdan COP31-ə gedən yol ortaq yoldur. COP29-un təcrübəsi, Türkiyə ilə Azərbaycan arasındakı güclü qardaşlıq və qlobal tərəfdaşlarımızın dəstəyi ilə COP31-i icra, tərəfdaşlıq və real təsir ümidi ilə nəticələnən bir platformaya çevirə bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR