Yol polisi Bakıda reydlər keçirir

Yol polisi Bakıda reydlər keçirir
# 12 fevral 2013 13:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Yanvarın 1-dən fevralın 10-a qədər Bakı Şəhərində 1100-dən artıq avtomobilin pərdə və plyonka ilə idarə etmə faktı aşkarlanıb və protokol tərtib edilib. Bunu APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

V. Əsədov Bakıda hazırda da yol polisi tərəfindən reydlər keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, bu gün paytaxtın “Azneft” meydanında, Rəşid Behbudov, S. Vurğun küçələrində, Hüseyn Cavid Parkının qarşısında avtomobillərdə pərdə və plyonkaların aşkar edilməsi ilə bağlı reydlər aparılıb. Nəticədə 40-dan yuxarı nəqliyyat vasitələrinin şüşələrində pərdə və plyonka ilə idarə etmə faktı aşkar olunub.

Vaqif Əsədov sürücülərə müraciətində bildirib ki, yol hərəkəti haqqında qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, avtomobilin şüşələrinin görünüşünü məhdudlaşdıran pərdə və plyonkalarla nəqliyyat vasitəsi idarə etmək yolverilməzdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR