Bank Of Baku

Şavkat Mirziyoyev TDT-də əməkdaşlığın gücləndirilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

© APA | Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

# 30 oktyabr 2026 16:25 (UTC +04:00)

Özbəkistan Türk Dövlətləri Təşkilatını (TDT) qarşılıqlı etimad və praktiki tərəfdaşlıq platforması kimi nəzərdən keçirir.

APA xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində çıxışı zamanı bildirib.

O qeyd edib ki, strateji məqsədlər ətrafında daha sıx birləşmək və beynəlxalq arenada ümumi maraqları birgə təşviq etmək vacibdir.

Özbəkistan Prezidenti vurğulayıb ki, TDT ölkələri türk həmrəyliyi naminə səylərini səfərbər etməyə hazırdırlar.

O, həmçinin, TDT-yə üzv dövlətlərinin xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və əməkdaşlığımızın yeni səviyyəyə qaldırılması istiqamətində təşkilata sədrliyi dövründə Azərbaycanın göstərdiyi böyük səylərə görə Prezident İlham Əliyevə səmimi təşəkkürünü bildirib.

Mirziyoyev təşkilat çərçivəsində aktual beynəlxalq və regional məsələlər üzrə müntəzəm siyasi məsləhətləşmələrin aparılmasını, yanaşmaların və səylərin əlaqələndirilməsini vacib hesab edib.

O, vətəndaşların qarşılıqlı səfərləri haqqında çoxtərəfli sazişin hazırlanmasını da təklif edib. Sazişdə şəxsiyyət vəsiqələri ilə səfər imkanlarının genişləndirilməsi, sərhədlərin keçilməsi qaydalarının sadələşdirilməsi və vətəndaşların qəbul edən ölkənin ərazisində qalması məsələlərinin əks olunması tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR