Böyük Britaniya, Belarus, Macarıstan və Estoniya "Eurovision 2013" təmsilçilərini müəyyənləşdiriblər

Böyük Britaniya, Belarus, Macarıstan və Estoniya "Eurovision 2013" təmsilçilərini müəyyənləşdiriblər
# 09 mart 2013 15:50 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Estoniyanı təmsil edəcək ifaçı müəyyənləşib.

APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, müsabiqədə bu ölkəni Birgit Iyqemel təmsil edəcək. Estoniya təmsilçisi “Eurovision-2013” mahnı müsabiqəsinin mayın 14-də keçiriləcək I yarımfinalında “Et uus saaks alguse” (“Yeni bir başlanğıc”) mahnısını ifa edəcək.

Macarıstanı isə bu müsabiqədə ByeAleks (əsl adı Aleks Marta) təmsil etmək hüququ qazanıb. Macarıstan təmsilçisi “Eurovision-2013” mahnı müsabiqəsinin mayın 16-da keçiriləcək ikinci yarımfinalında “Kedvesem” (“Sevgilim”) mahnısını ifa edəcək.

Birbaşa finalda çıxış etmək hüququnda olan Böyük Britaniya adından builki müsabiqədə Bonnie Tyler səhnəyə çıxacaq. 62 yaşlı müğənni səhnədə Desmond Childa məxsus olan "Believe İn Me" mahnısını ifa edəcək.

Belarusu isə 58-ci "Eurovision" müsabiqəsində Alyona Lanskaya təmsil edəcək. Belarus təmsilçisi bu müsabiqə üçün latın pop üslubunda "Solayoh" adlı mahnını ifa etmək qərarını verib. Mahnının müəllifləri Marc Paelinck və Martin Kingdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR