İstanbul-Lissabon təyyarəsi havaya qalxdıqdan bir qədər sonra geri dönüb

İstanbul-Lissabon təyyarəsi havaya qalxdıqdan bir qədər sonra geri dönüb
# 01 aprel 2015 14:27 (UTC +04:00)

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, buna səbəb təyyarədə sahibsiz əşyanın aşkarlanması olub. Bu barədə pilota məlumat verildikdən sonra o, mülki aviasiya qaydalarına uyğun olaraq İstanbul hava limanına geri dönmək üçün dispetçerdən icazə istəyib. Təyyarənin geri dönməsinə icazə verilib. 170 sərnişin başqa təyyarə ilə Lissabona yola salınıb.

Maraqlıdır ki, son günlər Türk Hava Yollarının həyata keçirdiyi daha iki aviareysdə oxşar problem yaranıb. Belə ki, martın 29-da İstanbul-Tokio təyyarəsinin tualetinin qapısında “C 4 Cargo” yazısı aşkarlandıqdan sonra təyyarə Türkiyənin Sinop vilayətinin üzərindən İstanbula geri qayıdıb. (C 4 partlayıcı maddə növüdür.) Martın 30-da isə İstanbuldan Braziliyanın San Paolo şəhərinə uçan təyyarənin tualetində “bomba” sözü yazılmış kağız parçası tapılıb. Təyyarə Mərakeşin Kasablanka şəhərinə təcili eniş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR