Cəlilabadda küçədə mina tapılıb - FOTO - VİDEO

Cəlilabadda küçədə mina tapılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 iyul 2014 19:13 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin Hüseyin Cavid küçəsində qeydə alınıb. Belə ki, qazılmış kanalizasiya xətləri üçün gətirilmiş torpaq arasında üzə çıxan dairəvi dəmir parçası uşaqlardan başqa heç kimi maraqlandırmayıb. Küçədə oynayan uşaqlar üzə çıxan əşyanı traktorun ehtiyat hissəsi olduğunu zənn edərək, onu evlərinin lap yaxınlığına aparıblar. Lakin həmin küçədə yaşayan Rafət Məmmədov əşyanı diqqətlə nəzərdən keçirdikdən sonra onun heç də adicə dəmir parçası deyil, tank əlieyhinə partlamamış mina olduğu qənaətinə gəlib.

Hadisə yerinə çağırılan rayon polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal ərazini nəzarətə götürməklə sakinlər buradan uzaqlaşdırıblar. Daha sonra hadisə yerinə gəlmiş Daxili qoşunların minaların zərərsizləşdirlməsi üzrə mütəxəssislərinin köməyi ilə partlamamış hərbi sursat ərazidən uzaqlaşdırlaraq zərərsizləşdirilib.

Qeyd edək ki, tapılan mina 150 metr radisunda yerləşən yaşayış məntəqələrində güclü dağıntılar törətmək gücünə malik olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR