Bu ilin ilk 9 ayında dünya bazarında Azeri Light xam neftinin 1 barelinin orta satış qiyməti açıqlanıb

Bu ilin ilk 9 ayında dünya bazarında Azeri Light xam neftinin 1 barelinin orta satış qiyməti açıqlanıb
# 14 oktyabr 2014 08:23 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin ilk 9 ayında dünya bazarında Azeri Light xam neftinin 1 barelinin orta satış qiyməti 108,2 ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 ABŞ dolları aşağıdır.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Maliyyə Nazirliyinin saytında Azərbaycanın 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsində əks olunub.

Məlumatda qeyd olunub ki, alternativ və ənənəvi enerji daşıyıcılarına təkliflərin artmasına baxmayaraq, xam neftin qiyməti yüksək səviyyədə qalıb.

Cari ilin birinci yarımilliyində Brent markalı xam neftin qiyməti isə 5,8% çox olub. Lakin, neftin qiymətlərində cari ilin iyunundan başlayan azalma meylləri davam etməkdədir. İyun ayının ortalarında Brent markalı neftin qiyməti maksimum həddə (115 ABŞ dollarına) çatdıqdan sonra, tədricən ucuzlaşmağa (12,3%) başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR