Peruda avtobus dərəyə yuvarlanıb: 12 nəfər ölüb, 15 nəfər yaralanıb

Peruda avtobus dərəyə yuvarlanıb: 12 nəfər ölüb, 15 nəfər yaralanıb
# 02 iyul 2015 08:23 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Peruda sərnişin avtobusu dərəyə düşüb.

APA-nın CNN-nə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 12 nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qəza Peru paytaxtından 380 km şimal-şərqdə baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Peruda bu ilin əvvəlindən yol-nəqliyyat hadisələrində ölənlərin sayı 1500 nəfəri ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR