Bakıda “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi açılıb - VİDEO

Bakıda “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi açılıb - <span style="color: red;">VİDEO
# 19 noyabr 2014 09:57 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Bu gün “Bakı Ekspo Mərkəzi”ndə ətraf mühitin mühafizəsi üzrə 5-ci yubiley beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisinin ("CTE-2014") açılışı olub.

APA-nın xəbərinə görə, sərgidə iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, 5 il bundan öncə sərgidə nümayiş olunan bu texnologiyalar haqda heç bir təsəvvür yox idi, amma bu gün onların böyük əksəriyyəti Azərbaycanda tətbiq olunur: "İlbəil sərgi də böyüyür, xaricdən gələn şirkətlərin sayı da çoxalır. Azərbaycanda bu tip sərginin keçirilməsi də yaşıl iqtisadiyyat bazarının böyüməsinin əlamətidir. 7 il bundan öncə güclə bir şirkət tapırdıq ki, bizə kömək etsin. İndi artıq eyni xidməti göstərən 7-8 şirkət Azərbaycana maraq göstərir və bura gəlib. Ətraf mühitin mühafizəsinə həsr olunan belə sərgi keçmiş SSRİ ölkələri arasında keçirilən yeganə sərgidir”.

Qeyd olunub ki, sərginin keçirilməsində əsas məqsəd təbii sərvətlərin qorunub saxlanması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaların Azərbaycanda təşviqi və tətbiqidir.

Sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunub. Ətraf mühitin mühafizəsinə həsr olunmuş sərgi Böyük Britaniyanın “ITE Group Plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) Kampaniyasının dəstəyi ilə keçirilir.

“CTE-2014” beynəlxalq sərgisində Azərbaycan, Çexiya, Böyük Britaniya, Almaniya, Danimarka, İsveç, Fransa və digər ölkələrdən 77 şirkət iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR