Yevlaxda iki piyadanı avtomobil vurub, onlardan biri ölüb

Yevlaxda iki piyadanı avtomobil vurub, onlardan biri ölüb
# 14 noyabr 2012 07:52 (UTC +04:00)

Yevlax. Elvin Yaqubov-APA. Yevlax rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə hadisə Xaldan qəsəbəsində qeydə alınıb. Xaldan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mustafayev Şəmsəddin Seyfəddin oğlu sərxoş halda idarə etdiyi 66-BD-932 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını ilə yüksək sürətdə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanaraq avtobus gözləyən Zaqatala rayon sakinlərini -1 960-cı il təvəllüdlü Cindarova Zibeydə Əhməd qızını və 1962-ci il təvəllüdlü Piriyeva Gülnarə Hilal qızını vuraraq hadisə yerindən qaçıb. Gülnarə Piriyeva hadisə yerində dünyasını dəyişib, Zibeydə Cindarova müxtəlif dərəcəli ağır bəbən xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə, qadınlar İranda müalicə alaraq evlərinə qayıdırmışlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR