Türkiyədə PKK polis məntəqəsinə hücum edib, 2 nəfər ölüb, 11 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə PKK polis məntəqəsinə hücum edib, 2 nəfər ölüb, 11 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 28 iyul 2016 00:43 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Hakkari vilayətində PKK terrorçuların polis məntəqəsinə partlayıcı yüklü avtomobillə hücumu nəticəsində 2 asayiş keşikçisi ölüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Hakkari Dövlət Xəstəxanasına çatdırılan polis əməkdaşlarının həyatını xilas etmək mümkün olmayıb.

Partlayış nəticəsində biri mülki vətəndaş olmaqla 11 nəfər xəsarət alıb.

Bölgədə hücum edənlərin saxlanılması üzrə xüsusi əməliyyat davam edir.

СNN Turk telekanalının məlumatına görə, bundan əvvəl Sirt vilayətində hərbçilərə məxsus avtomobilin keçdiyi ərazidə partlayış baş verib. Hadisə nəticəsndə 3 əsgər həyatını itirib.

***

01:40

Bakı-APA. Türkiyənin Hakkari vilayətində PKK terrorçuların polis məntəqəsinə partlayıcı yüklü avtomobillə hücumu nəticəsində 3 asayiş keşikçisi yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılar Hakkari Dövlət Xəstəxanasına çatdırılıblar.

Bölgədə hücum edənlərin saxlanılması üzrə xüsusi əməliyyat başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR