"Alfa Sığorta"nın səhmdarları növbədənkənar toplaşır

"Alfa Sığorta"nın səhmdarları növbədənkənar toplaşır
# 08 iyun 2016 09:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İyunun 14-də “Alfa Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, ümumi yığıncaqda "Alfa Sığorta"nın 2015-ci il üzrə maliyyə hesabatlarının təsdiqi və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı “Alfa Sığorta”nın baş ofisində (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi, 1131, “Babək Plaza” İş Mərkəzinin C bloku, 6-cı mərtəbə ) keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR