Yevlaxda qətl hadisəsi baş verib

Yevlaxda qətl hadisəsi baş verib
# 17 iyul 2015 12:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Yevlax rayonunda qətl hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 16-da Yevlax rayonu Yuxarı Qaxun kəndində kənd sakini Kamil Qədirov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Sənan Qədirova xəsarət yetirib. Nəticədə S. Qədirov hadisə yerində ölüb.

K. Qədirov könüllü olaraq Yevlax Rayon Polis Şöbəsinə gəlib. O, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR