“İŞİD” silahlıları İraq hərbi helikopterini vurublar

“İŞİD” silahlıları İraq hərbi helikopterini vurublar
# 13 dekabr 2014 18:51 (UTC +04:00)

Bakı-APA. “İŞİD” terror qruplaşmasının silahlıları İraq Hərbi-Silahlı Qüvvələrə məxsus döyüş helikopterini vurublar. Hadisə Samara şəhəri yaxınlığında baş verib.

İnsident nəticəsində iki pilot ölüb.

Məlumata görə, silahlılar səyyar zenit-raket kompleksindən istifadə ediblər.

Vurulan helikopter hərbçilərin daşınması və kəşfiyyat üçün istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR