ABŞ-ın Azərbaycandakı səfiri Xaçmaz rayonunda olub - FOTO

ABŞ-ın Azərbaycandakı səfiri Xaçmaz rayonunda olub - <span style="color: red;">FOTO
# 29 mart 2013 11:47 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar şimal bölgəsinə səfəri çərçivəsində Xaçmazda olub. APA-nın şimal bürosunun xəbərinə görə, səfir Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüb. Səfirə rayonun sosial-iqtisadi və mədəni həyatı haqqında ətraflı məlumat verib. Qarşılıqlı əlaqələrdən danışan R. Morninqstar görüşdən məmnun olduğunu ifadə edib.

Günün ikinci yarısında səfir regionda fəaliyyət göstərən Amerika Sülh Korpusunun könüllüləri ilə görüşəcək. Bundan sonra o, incəsənət qalereyasında fiziki cəhətdən qüsurlu uşaq və yeniyetmələrin əl işlərinə baxış keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR