Qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan 850 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan 850 nəfər cinayət məsuliyyətinə cəlb edilib
# 20 iyun 2016 12:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Cari ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1439 fakt aşkar edilib.

APA-nın xəbərinə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-cı ilin 5 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair hesabatında bildirilib ki, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 520 kq 018,497 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

“Xaşxaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 56 kq 399,885 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Cinayət məsuliyyətinə 850 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 63-ü 18-25 yaşadək, 149-u 30 yaşadək, 637-si 30 yaşdan yuxarı, 7-si fəhlə, 3-ü qulluqçu və ya maddi məsul şəxs, 754-ü işləməyənlər, 840-ı kişilər, 10-u qadınlar,10 nəfəri isə xarici ölkə vətəndaşları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR