Myanmada bərənin qəzaya uğraması nəticəsində 33 nəfər ölüb, 12 sərnişin itkin düşüb

Myanmada bərənin qəzaya uğraması nəticəsində 33 nəfər ölüb, 12 sərnişin itkin düşüb
# 14 mart 2015 20:17 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, göyərtəsində 214 sərnişinin olduğu bərə ötən gecə Myanmanın şərq sahilindəki Raykxan ştatı yaxınlığında batıb. Qəzaya səbəb bərənin həddindən artıq yüklənməsi bildirilir. Sərnişinlərdən başqa bərədə əlavə 129 ton yükün də olduğu qeyd edilir.

Qəzadan sonra 169 sərnişin xilas ola bilib. İtkin düşən sərnişinlərin axtarışı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR