Almaniya XİN: İranla razılaşma Orta Şərqdə təhlükəsizliyi möhkəmləndirəcək

Almaniya XİN: İranla razılaşma Orta Şərqdə təhlükəsizliyi möhkəmləndirəcək
# 08 iyul 2015 01:59 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer “ARD” telekanalına müsahibəsində bildirib.

“Söhbət hər-hansı bir sazişin bağlanılmasından getmir, söhbət İranla illər boyu davam edən münaqişəyə son qoyacaq və Orta Şərqdə təhlükəsizliyi möhkəmləndirəcək razılaşmaların bağlanılmasından gedir”, deyə Frank-Valter Ştaynmayer bildirib və təhlükəsizliyin İsrail üçün də möhkəmləndiriləcəyini vurğulayıb.

“İsrail və ərəb ölkələri danışıqları diqqətlə izləyir və yekun sazişdə hansı müddəaların əks olunacağını gözləyir. Bu səbəbdən də biz son cümləyədək, son sözədək danışıqları çox diqqətlə aparmalıyıq”, deyə nazir bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən tərəflər özlərini vaxt çərçivəsi ilə məhdudlaşdırmaq istəmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR