Nazir: "Hazırda özəl məktəblər, orada təhsil alan şagirdlər üçün mövcud resurslar dövlət məktəbləri ilə müqayisə edilən səviyyədə deyil"

Nazir: "Hazırda özəl məktəblər, orada təhsil alan şagirdlər üçün mövcud resurslar dövlət məktəbləri ilə müqayisə edilən səviyyədə deyil"
# 25 may 2015 09:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. "Azərbaycanda digər dövlətlərdə olduğu kimi özəl sektorun təhsil sistemi və infrastrukturunun inkişafı üçün böyük bir potensial var".

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib. Nazir deyib ki, hazırda Azərbaycanın özəl məktəblərində, ümumi təhsil sektorunda təhsil alan şagirdlərin sayı ümumi şagird sayından 1%-dən azdır. Təhsil naziri qeyd edib ki, hazırda özəl məktəblər, orda təhsil alan şagirdlər üçün mövcud olan resurs, o cümlədən maliyyə resursu dövlət məktəbləri ilə müqayisə edilən səviyyədə deyil: “Təhsilə yalnız dövlət, hökumətin üzərinə qoyulan yük kimi baxılması bugünkü aparıcı dünya təcrübəsinə nəzər saldıqda heç də yeganə vasitə və yol deyil. Bu nöqteyi- nəzərdən özəl sektorun gələcəkdə istər 12 illik təhsilə sistem keçid çərçivəsində, istərsə də təhsilin müxtəlif pillələrində özəl sektorun inkişafı üçün təhsil sahəsində imkanlar mövcuddur. Bu təhsil sahəsinə əlavə resursların gətirilməsi deməkdir. Bu da daha keyfiyyətli nəticələrin əldə edilməsi deməkdir”.

Nazir Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı əlavə vəsaitin tələb olunması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, Asiya İnkişaf Bankının nazirliklə bu istiqamətdə əməkdaşlığı formatı və çərçivəsi gələcək müzakirələr nəticəsində dəqiqləşəcək: “Bu yalnız Təhsil Nazirliyi tərəfindən verilən qərar deyil. Bu daha geniş – hökumət, Nazirlər Kabineti və digər aidiyyatı qurumlarla məsləhətləşmələr tələb edir. Amma ümumilikdə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq iki formada həyata keçirilir. Bu ya məsləhət xidmətidir , ya da xüsusi layihələrdir. Bu gün Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı əlavə vəsaitin tələb olunması məsələsi barədə danışmaq çox erkəndir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR