Kreml: Elektrik enerjisinin qiyməti Ermənistanın daxili məsələsidir

Kreml: Elektrik enerjisinin qiyməti Ermənistanın daxili məsələsidir
# 01 iyul 2015 09:56 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Serj Sarkisyan arasında baş tutan telefon danışığı zamanı Ermənistandakı gərgin vəziyyətin müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Elektrik enerjisinin qiyməti Ermənistanın daxili məsələsidir. Şübhəsiz ki, bu məsələ Rusiya ilə müzakirə edilə bilməz”, - deyə D.Peskov qeyd edib.

Bununla yanaşı Rusiya prezidentinin mətbuat katibi bildirib ki, məsələ ikitərəfli əlaqələr kontekstində müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR