Milli Məclisə təkrar seçkilərlə əlaqədar təşviqat başa çatıb

Milli Məclisə təkrar seçkilərlə əlaqədar təşviqat başa çatıb
# 17 iyun 2016 08:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisinə təkrar seçkilərlə əlaqədar təşviqat üçün ayrılmış müddət başa çatıb.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisinə təkrar seçkilərlə əlaqədar bu müddət mayın 26-dan 17 iyun saat 8.00-a qədər olan dövrü əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR