Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb

Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb
# 08 fevral 2013 10:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Müsavat partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya vəkil Akif Əlizadə məlumat verib. A. Əlizadə şikayətin təmin olunmadığını deyib.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T. Yaqublu və İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Həmin qərardan isə apellyasiya şikayəti verilib. Şikayətdə həbs-qətimkan tədbirinin əsassız olduğu üçün ləğv olunması tələb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR