Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Küveytin informasiya naziri ilə görüşüb - FOTO

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Küveytin informasiya naziri ilə görüşüb  - <span style="color: red;">FOTO
# 20 fevral 2013 16:24 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin Küveytdə səfərdə olan mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, fevralın 20-də Küveytin informasiya naziri Şeyx Salman Əl-Hamad əs-Sabah Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşüb. Bu yaxınlarda Bakıda Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının ikinci iclasının keçirildiyini xatırladan nazir müavini iclasda Azərbaycan və Küveyt arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında sənədlərin, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin imzalanmasını qeyd edib.

Ədalət Vəliyev Azərbaycanda müxtəlif beynəlxalq müsabiqə və festivalların keçirildiyini diqqətə çatdırıb, nazir Şeyx Salman Əl-Hamad əs-Sabahı münasib zamanda bu tədbirlərdə iştirak etməyə dəvət edib. Həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əhatə etdiyi sahələr, onların inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat diqqətə çatdırılıb. Görüşdə incəsənət ustalarının qarşılıqlı səfərlərinin təşkilinin əlaqələrin daha da yaxınlaşmasına xidmət edəcəyi bildirilib və xatirə hədiyyələri təqdim edilib.

Görüşdə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev də iştirak edib.

Qeyd edək ki, fevralın 18-də başlanan tədbirlər ayın 23-də yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR