Vladimir Putin Rusiya ordusuna yeni Baş Qərargah rəisi təyin edib – FOTO
09 noyabr 2012 10:07 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nikolay Makarovun istefa ərizəsini qəbul edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, prezidentin yeni sərəncamı ilə Baş Qərargah rəisi vəzifəsinə Valeri Gerasimov təyin olunub.
Bu gün Kremldə yeni müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edən Rusiya prezidenti müdafiə sənayesi ilə ordu arasında sağlam əlaqələrin yaradılmasını tələb edib.
Qeyd edək ki, yeni Baş Qərargah rəisi V. Gerasimov bundan əvvəl Mərkəzi Hərbi Bölgə komandanı vəzifəsini tutub. V. Putinin digər sərəncamları ilə Arkadi Maxin və Oleq Ostapenko müdafiə nazirinin müavinləri təyin olunublar.

MDB
Rusiya MN: Ölkə ərazisinə kütləvi dron hücumu olub
08:37
17 may 2024
Arxiyepiskop Baqrat Qalstanyan İrəvanda genişmiqyaslı mitinqin keçiriləcəyini bildirib
07:59
17 may 2024
Ryabkov: "Rusiya NATO ölkələrinə hücum etmək fikrində deyil, bu, absurddur"
05:27
17 may 2024
Qriqoryan: "İrəvan Rusiyadan sərhədçilərinin Türkiyə və İranla sərhəddə qalmasını xahiş etməyib"
04:16
17 may 2024