Bakının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranacaq

Bakının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranacaq
# 17 dekabr 2014 07:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindən keçən 500 mm diametrli magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar dekabrın 17-də gün ərzində Ə. Ələkbərov, M. Müşfiq, Ş. Mehdiyev, İ. Qutqaşenli küçələrinin bir hissəsinə, 507, 511, 522, 528, 534, 535, 547, 559, 560, 565-ci məhəllələrə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR