Samux və Qaradağ rayonlarının qaz təchizatı məhdudlaşdırılır

Samux və Qaradağ rayonlarının qaz təchizatı məhdudlaşdırılır
# 26 avqust 2015 14:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, avqustun 27-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaradağ-Duvannı” qaz kəmərində və Qazax magistral qaz kəmərləri sahəsinin “Samux” (Nəbiağalı), ''Zazalı'' və ''Ağasıbəyli'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Samux rayonunun Nəbiağalı, Zazalı və Ağasıbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonu Sahil qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR