İrəvanda Azərbaycan bayrağı qaldırılıb - VİDEO

İrəvanda Azərbaycan bayrağı qaldırılıb   - <span style="color: red;">VİDEO
# 29 noyabr 2012 09:31 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Karen Dəmirçiyan adına İdman-Konsert Kompleksində keçirilən gənc boksçular arasında dünya çempionatının rəsmi açılış mərasimində ölkəmizin millisi də iştirak edib.

68 yığmadan 620 idmançının qatıldığı mundialın açılış paradına boksçularımız üçrəngli bayrağımızla çıxıblar. Bundan başqa, digər iştirakçı ölkələrlə yanaşı, Azərbaycanın da bayrağı kompleksin tavanında asılıb.

Bu gün start götürən dünya çempionatında boksçularımız rəqiblərini də tanıyıblar. Onlardan Nəsrəddin Məmmədov (56 kq) elə ilk görüşdə düşmən ölkənin idmançısı ilə üz-üzə gələcək. O, 1/32 finalda Taron Soqomonyana gücünü göstərəcək. Digər boksçularımızdan eyni mərhələdə Tural Əhmədov (52 kq) Hadi Həssən Srurla (Norveç) münasibətinə aydınlıq gətirəcək. Saqi Salehli (69 kq), Rauf Məmmədov və Rahil Rəhimov (81 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. Onlar müvafiq olaraq, Artyom Solovyev (Ukrayna), Aleksandr Dokvadze (Gürcüstan) və Saret Murieli (Puerto-Riko) sınağa çəkəcəklər. Pərviz Bağırovla (64 kq) Orxan Mailli (75 kq) də bu mərhələdən yarışa qatılacaq. Lakin onların rəqiblər 1/32 finaldan sonra müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR