Tunisdə etiraz aksiyası dağıdılıb: 170-dən artıq yaralı var

Tunisdə etiraz aksiyası dağıdılıb: 170-dən artıq yaralı var
# 29 noyabr 2012 05:05 (UTC +04:00)

Bakı-APA. Tunisdə polis Silian şəhərində nümayişi yatırmaq üçün sərt tədbirlərə əl atıb. Nümayişçilər yeni iş yerlərinin yaradılmasını və ölkənin mərkəzi rayonlarına dövlətin sərmayə qoymasını tələb edirmişlər.

Şəhərdəki xəstəxanaların həkimləri aksiyanın dağıdılması nəticəsində 177 nəfər yaralının tibb müəssisələrinə gətirildiyini bildiriblər. Onlardan 22-nin vəziyyəti ağır olduğundan paytaxta göndəriliblər.

Polis nümayişçilərin yerli icra strukturunun binasını tutmağa cəhd etməkdə günahlandırır və etirazçılara qarşı dinc davrandığını iddia edir. Lakin həmkarlar ittifaqının sədri Nəcəf Səbti məhz polislərin hücumundan sonra vəziyyətin nəzarətdən çıxdığını bildirib.

2011-ci ilin yanvarında Tunisdə inqilab nəticəsində Zinəddin əl-Abidinin hakimiyyəti devrilib. Ölkənin yeni prezidenti Münsif Marzuki Foreign Policy jurnalı tərəfindən tərtib olunmuş «dünyanın 100 əsas fikir adamı» siyahısında «ərəb baharı ideyalarını qoruduğuna görə» ikinci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR