ABŞ-da Roma Papasına sui-qəsd hazırlayan yeniyetmə saxlanılıb

ABŞ-da Roma Papasına sui-qəsd hazırlayan yeniyetmə saxlanılıb
# 16 sentyabr 2015 04:44 (UTC +04:00)

Bakı-APA. ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Filadelfiya ətrafında ABŞ-a səfəri planlaşdırılan Roma Papası Fransiskə sui-qəsd hazırlamaqda şübhəli bilinən 15 yaşlı yeniyetməni saxlayıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABC News telekanalı məlumat yayıb.

Məlumata görə, yeniyetmə ötən ay həbs olunub. Yeniyetmənin İŞİD terror qruplaşmasına üzv olmağa meyl göstərdiyi qeyd olunur.

“Yeniyetmə digər şəxslərin də iştirak edəcəyi hücum törətməyi planlaşdırıb. Hücum zamanı odlu silahlardan və bir neçə partlayıcı qurğudan istifadə etmək planlaşdırılıb”, deyə FTB-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR