Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Mart - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Mart - <span style="color: red;">VİDEO
# 14 mart 2015 17:02 (UTC +04:00)

Bakı-APA. Məncə NATO-nun baş katibinin bu qərarını obyektiv adlandırmaq olar. Niyə? Çünki NATO bu qərarı ilə ilk növbədə öz tərəfsizliyini, ən başlıcası bu alyansın yalnız ABŞ-dan ibarət olmadığını və ya ABŞ-ın diqtəsi altında hərəkət etmədiyini ortaya qoydu. Şimali-Atlantika blokunun baş katibinin bu bəyanatı quruma üzv olan ölkələrin geosiyasi situasiyalarda tam bərabərhüquqlu olduğunu və belə vəziyyətlərdə səs çoxluğunun qüvvədə olduğunu göstərdi. Yens Stoltenberq həm də onu sübut etdi ki, NATO dünyada fövqəlgüclərin hansısa qarşıdurmasında maraqlı deyil, əksinə dünyada sabitliyin tərəfdarı kimi çıxış edir. Ukraynadakı münaqişə tərəflərinin bir daha Minsk razılaşmalarına əməl olunmasına çağırılmasını isə bölgəyə nəzarətin davam etdiriləcəyi kimi başa düşmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR