Peruda 5,5 bal gücündə zəlzələ baş verib

Peruda 5,5 bal gücündə zəlzələ baş verib
# 28 avqust 2015 21:52 (UTC +04:00)

Bakı-APA. Perunun paytaxtı Lima şəhəri yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Limadan 130 km cənub-şərqdə, Yauyos əyalətində, ocağı isə 94 km dərinlikdə yerləşib.

Zəlzələ Limada hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR