Azərbaycanda qadınların 28,5 faizinin AİDS/HİV barədə məlumatı yoxdur - FOTO

Azərbaycanda qadınların 28,5 faizinin AİDS/HİV barədə məlumatı yoxdur   - <span style="color: red;">FOTO
# 03 dekabr 2012 09:01 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, AİDS aktual problem olaraq qalır, hər il bu xəstəliyə yoluxanların sayı artmaqdadır. Kobianın sözlərinə görə, AB Azərbaycanda AİDS-lə mübarizəyə dair 7 layihəni maliyyələşdirib, onların hamısı QHT-lər tərəfindən həyata keçirilib.

Daha sonra QHT-lər tərəfindən bu mövzuda keçirilmiş sorğunun nəticələri açıqlanıb. 1800 respondent qadın arasında keçirilmiş sorğunun nəticələrinə görə onların 28,5 faizi AİDS kəlməsini heç vaxt eşitmədiyini və bu barədə məlumatı olmadığını deyib. Respondentlərin 69,5 faizi bu xəstəlik haqqında eşitdiyini, 95,1 faizi HİV sözünün, 94,1 faizi AİDS sözünün açılışını bilmədiyini qeyd ediblər. Qadınların 61,4 faizi qonşuluqda AİDS xəstəsinin yaşamasını arzulamadığını, 79,9 faizi isə belə bir xəstə üçün ərzaq almağa hazır olmadığını deyib.

Xatırladaq ki, bu tədbir 1 dekabr - Beynəlxalq AİDS-lə Mübarizə Günü çərçivəsində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR