Nəsib Quliyev: “Bakıya gətirilən körpə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib”

Nəsib Quliyev: “Bakıya gətirilən körpə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib”
# 21 iyun 2016 15:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilərək Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev APA-ya açıqlamasında deyib ki, 1 günlük körpə reanimasiya şöbəsinə yerləşdirilib. Onun sözlərinə görə, üçəmlərin bir tayı olan körpə vaxtından 1 həftə tez doğulub və ağır vəziyyətdədir: “Körpədə marfofunksional yetişməzlik var. Reanimasiyada yerləşdirilən körpəyə bütün tibbi yardım göstərilir”.

Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.

Valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər.

Səhiyyə Nazirliyi Salyanda doğulan üçəmlərdən ikisinin ölümü faktına münasibət bildirib. Doğuşun hamiləliyin 31-ci həftəsində baş verdiyi, uşaqların çəkisinin çox az olduğu açıqlanıb. Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara gəlincə, nazirlikdən bunun əsassız olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR