Nazir: "SOCAR bu ilin sonunadək DESFA-nı özəlləşdirəcək"

Nazir: "SOCAR bu ilin sonunadək DESFA-nı özəlləşdirəcək"
# 02 iyun 2016 13:48 (UTC +04:00)

Bakı - APA-Economics. Yunanıstanın milli qazpaylayıcı operatoru olan DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi bu ilin sonunadək baş tutacaq.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis deyib.

Nazir əlavə edib ki, rəsmi Afina "Hellenic Petroleum" neft emalı zavodunun və əsas səhm paketi dövlətə məxsus olan digər şirkətlərin özəlləşdirilməsini planlaşdırmır. "Enerji sektoruna özəlləşdirilmə proses davam etməyəcək", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR