SOCAR: STAR-ın inşasına indiyədək 2,1 mlrd. dollar xərclənib

SOCAR: STAR-ın inşasına indiyədək 2,1 mlrd. dollar xərclənib
# 04 noyabr 2015 07:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Türkiyədə SOCAR-a məxsus STAR neft emalı zavodunda inşaat işlərinə indiyədək 2,1 mlrd. dollara yaxın vəsait yatırılıb.

APA-Economics”in məlumatına görə, bunu “SOCAR Türkiyə Enerji A.Ş” şirkətinin (SOCAR-ın törəmə müəssisəsi) rəhbəri Kənan Yavuz bildirib.

K. Yavuzun sözlərinə görə, STAR-da aparılan inşaat işlərinin 35%-ə yaxını artıq görülüb.

Qeyd edək ki, inşaat işlərinin 2018-ci ilin mart ayında yekunlaşdırılması və zavodun fəaliyyətə başlanılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR