Bank Of Baku

Hacı Məmmədovun dəstəsinin üzvünün ömürlük cəzası 20 illik həbslə əvəzlənib

Hacı Məmmədovun dəstəsinin üzvünün ömürlük cəzası 20 illik həbslə əvəzlənib
# 16 mart 2019 16:50 (UTC +04:00)

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə də şamil olunub.

ONA-nın xəbərinə görə, aşağıdakı iki nəfərin cəzası 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib:

Quliyev Daşqın Cabbar oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 27 avqust tarixli hökmü ilə məhkum edilib.

Sədrəddinov Kamil Camal oğlu, 1956-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə məhkum olunub.

K. Sədrəddinov ağır cinayətlərdə ittiham olunan DİN-in yüksək rütbəli sabiq əməkdaşı Hacı Məmmədovun dəstəsinin üzvlərindən olub.

Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR