ABŞ-ın Müharibə Nazirliyinin yenilənmiş məlumatlarına əsasən, İranla münaqişə zamanı həlak olan ABŞ hərbçilərinin sayı 19 nəfərə çatıb.
APA xəbər verir ki, Pentaqonun xüsusi portalında yer alan məlumatlara görə, onlardan 14-ü “Epik qəzəb” (“Epic Fury”) əməliyyatı zamanı döyüşlərdə həlak olub.
Daha 5 hərbçi, o cümlədən sonuncu itki, “xarici əməliyyatlar” kateqoriyasında göstərilib.
Pentaqonun məlumatına görə, İranla münaqişə zamanı müxtəlif dərəcəli xəsarətlər alan ABŞ hərbçilərinin sayı isə 820 nəfərdir.