Hüseyn Cavid parkının ətrafında yerləşən yollardan biri dörd hərəkət zolağına uyğun yenidən qurulur - FOTO

Hüseyn Cavid parkının ətrafında yerləşən yollardan biri dörd hərəkət zolağına uyğun yenidən qurulur - <span style="color: red;">FOTO
# 13 mart 2015 07:10 (UTC +04:00)

Bakı - APA-Economics. Yaxın vaxtlarda Bakının Yasamal rayonunda yerləşən Şəfayət Mehdiyev küçəsinin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsinin 4 hərəkət zolağına uyğun yenidən qurulması gözlənilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, hazırda tikinti altına düşən maneələr (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) barədə məlumatların toplanılmasına başlanılıb.

Sözügedən yolun salınması ilə bağlı "Azəryolservis" ASC aidiyyatı qurumlardan cəmiyyət ilə razılaşdırmadan həmin ərazidə həyata keçirilən bütün növ tikinti işlərinin dayandırılmasını xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR