“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması - ictimai münasibətdə və qanunvericilikdə medianın rolu” mövzusunda təlim keçirilib

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması - ictimai münasibətdə və qanunvericilikdə medianın rolu” mövzusunda təlim keçirilib
# 12 mart 2013 08:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. USAİD-in təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması - ictimai münasibətdə və qanunvericilikdə medianın rolu” mövzusunda jurnalistlər üçün təlim keçirilib. APA-nın xəbərinə görə, təlimdə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda səhiyyənin gücləndirilməsi layihəsinin rəhbər müavini Kəmalə Rəhimova bildirib ki, ölkədə ana və uşaq sağlamlığına xüsusi əhəmiyyət verilir. O deyib ki, layihə çərçivəsində görülən işlər səhiyyənin bütün sahələri, xüsusilə ana və uşaq sağlamlığının qorunmasına xidmət edir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda səhiyyənin gücləndirilməsi layihəsinin meneceri Afət Məmmədova “Reproduktiv sağlamlıq, ailə planlaşdırılması və pasiyentin hüquqları” mövzusunda çıxış edib. O bildirib ki, reproduktiv sağlamlıq nəsilartırma qabiliyyətinin olması və azad seçim deməkdir: “Ailə planlaşdırılması isə ailədə arzuolunan vaxt və istənilən sayda uşaqların doğulmasıdır. Bu, hamiləliyin vaxtının düzgün seçilməsinə imkan yaradır və ailənin istədiyi sayda uşaq sahibi olmağı təmin edir. Bundan əlavə, abortlardan çəkinməyə imkan yaradır, ana ölümünün azaldılmasına səbəb olur, ana və uşaq sağlamlığı üçün faydalıdır. Ümumdünya Səhiyyə Təşkilatı doğuşlararası fasilənin ən azı 3 il olmasını tövsiyə edir”.

Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR