“Nar Mobile” 4G xidmətinin tətbiqi ilə bağlı danışıqları davam etdirir

“Nar Mobile” 4G xidmətinin tətbiqi ilə bağlı danışıqları davam etdirir
# 20 noyabr 2014 14:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Yaxın zamanlarda “Azerfon” şirkətinin dördüncü nəsil 4G LTE xidmətinin tətbiqinə hazırlaşır.

APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin baş direktoru Kent Maknili bildirib.

Onun sözlərinə görə, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bu istiqamətdə danışıqlar aparılır.

“Danışıqlar hələ bitməyib. Əslində biz bu prosesə yaxınlaşırıq. Nazirliklə danışıqların bütün mərhələləri yekunlaşmadan bu xidmət haqda məlumat verə bilmərik”, - deyə K. Maknili qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR