Bərdədə üç maşın toqquşub, ölən və yaralanan var

Bərdədə üç maşın toqquşub, ölən və yaralanan var
# 06 oktyabr 2014 11:08 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 5-də saat 15 radələrində Bərdə rayonunun Seyidyusifli kəndində rayon sakini Zahid Abbasovun idarə etdiyi “VAZ-21104”, Ağdam rayon sakini İxtiyar Qəmbərovun idarə etdiyi “VAZ-2106” və Tərtər rayon sakini Qəzənfər Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Qəmbərov hadisə yerində ölüb, Q.Nəcəfovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR