AFFA Uruqvay yığmasını Bakıda keçirilən turnirə gətirir

AFFA Uruqvay yığmasını Bakıda keçirilən turnirə gətirir
# 04 aprel 2013 11:22 (UTC +04:00)

Bakı-APA. May - iyun aylarında Bakıda AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Uruqvay Futbol Assosiasiyasından göndərilib. Beləliklə, müvafiq yaş qrupundan ibarət Uruqvay yığması III Caspian Cup beynəlxalq turnirində iştirak edəcək.


Qeyd edək ki, Yaponiya, Türkiyə və ABŞ yığmalarının da III Caspian Cup beynəlxalq turnirində iştirakı təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR