Magistraturaya ixtisaslaşma seçimi davam edir

Magistraturaya ixtisaslaşma seçimi davam edir
# 17 iyun 2016 13:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, bu gün saat 14:00-a olan məlumata əsasən 5464 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, onlardan yalnız 4979 nəfəri ərizəsini təsdiqləyib.

Xatırladırıq ki, ixtisaslaşma seçiminə 9 iyun tarixindən start verilib və bu proses 19 iyun saat 24:00-dək davam edəcək. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR